New York. Birja. Fransız mənşəli qürbətçi Amerikada qazandıqlarının hamısını bir gündə itirir. Bundan xəbər tutan arvadı — rəhmsiz və təkəbbürlü qadın ərini dərhal tərk edir. İndi Jan Monyenin cəmi iki aya bəs edəcək 600 dolları qalıb. Bəs sonra necə olacaq? Onu hansı aqibət gözləyir? Bir gün o, məktublar arasında reklam məzmunlu bir naməyə rast gəlir. Məktubu yollayan şirkət qəribə bir fəaliyyətlə məşğuldur. Təklif çox gözlənilməz və inanılmazdır — şirkət insanların rahat şəkildə dünyadan köçməsini təmin edir. Həm də heç bir qanunu tapdamadan. Üstəlik, «su qiymətinə» — cəmi 300 dollara. Bu kitabda Andre Moruanın «Tonatos mehmanxanası», «Fəslin çiçəkləri», «Tufan» və digər hekayələri toplanıb. Hekayə janrının ustası olan Moruanın Jan Monyenin taleyindən bəhs edən hekayəsi kimi digər əsərləri də ilk sözündən son nöqtəsinədək oxucunu cazibəsində saxlayır.
Maraqli hekayelerdir..ancaq ele bil tamamlanmamiw yarim qalmiwdir..mence her birinin ardini getirmekle ayri ayriliqda gozel ve maraqli eserler yazmaqla davam etdirmek olar..tewekkur...