Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, millət vəkili Fazil Mustafanın bu kitabına son illərdə sosial şəbəkədə yazdığı status, məqalə, polemika və şərhlərdən seçmələr daxil edilmişdir. Cəmiyyət həyatının müxtəlif sahələrinə aid maraqlı düşüncə və görüşlərə sahib olan müəllifin bu kitabı bir çox aktual məsələlərə yeni və fərqli yanaşmanı özündə ehtiva edir. Kitab düşünən insanlara bir ərməğandır.