Və insanlar sənin haqqında hər şeyi düşünə bilərlər, əslində, məsələ burasındadır ki, səni başa düşmürlər, ancaq haqqında nə isə düşünə bilirlər.
Həyat ətrafımızda insanlar olsa da,
tək olduğumuzu başa düşəndə başlayır.
Bəzi qızlar deyirlər ki, “mən ömrümdə xalq mahnısına qulaq asmamışam”. Böyük qələt eləmisən, sənin anan da “call me baby” ilə böyüyüb axı.
Heç kimi incitməməyə çalışanda hamıdan çox özünü incidir insan və ətrafına baxanda görür ki, əslində, özündən başqa heç kim yoxdur... İnsan yalnız doğulur və yalnız yaşayır, yalnızlığı öyrənmək lazım deyil, amma öyrədirlər adama.
Səndən qalma yaralarıma salam de.
Üşüsən, özünü qucaqla, isinə bilməsən, məni çağır.
Düzgün insanları daha çox günahlandırırlar. Səhvlər bir-birini sevir və ən gözəl münasibətləri yaşayanlar o münasibətə layiq olmağı bacarmırlar. Onlar insanları hər cür qəbul edənlərdir. Keçmişi vecinə almayanlar. Adiləşənlər... Səviyyəsiz kişilərlə çirkli gülüşü olan qadınlar... Biz onlar kimi ola bilmərik. Yalnızlığın da qüruru var, bizim kimi.
İnsan bəzən susur, hətta çox vaxt susur. İçimizə atdıqlarımız ətrafımızdakı insanlara bərabər olur. Bəlkə də, susmasan, yanında olacaq, amma susursan, çünki susmağın riski sıfıra bərabərdir.
Həyat kiməsə sahib olanda ciddiləşir, kiməsə aid olanda yox. Sahib olmaq üçün məsuliyyət lazımdır, aid olmaq isə özündən qaçmaqdır. İnsan sahib olanda daha çox qorxur, itirməkdən qorxur, bir hissəsini itirə bilər. Hər şeyin ayrı, sənin ayrı yerin var... Başa düşdüyün qədər sevirsən qarşındakını, güvəndiyin qədər qazanırsan onu
Çünki həyat sənə bütün istədiklərini heç vaxt vermir. Ona görə də nə vaxt ölürsən öl, əskik ölürsən. Bəziləri sevə-sevə ayrılır, bəziləri sevgisini tapa bilmirlər. Həyat sənə sənin istədiklərini yox, öz istədiklərini verir. Buna da qismət deyilir.