Seymur Baycan oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. «Gecikmiş hekayələr»də Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmi Seymurun qələmindən keçərək yeni interpretasiya alır. Seymur 70 illik dövrün ədəbi materialını recycle prosesindən keçirərək onu bizə yeni forma və məzmunda təqdim edir. Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar, amma Seymur bu yeni-köhnə ilə sizi qətiyyən yormayacaq, əksinə, üfüqünüzü açacaq.