– İslamçılar?
– İlk və son dəfə müxalifətin bir mitinqində gördüm. Aksiyadan yüz metr kənarda dayanmışdılar. Soruşdum ki, niyə etirazçılara qoşulmursuz? Dedilər, onsuz da Sahibəz-zamanın zühuruna qədər ədalətli lider hakimiyyətə gəlməyəcək. Müxalifətə isə heç inanmırıq. Dedim, onda gedin evlərinizə, zühuru gözləyin, burda camaatın əl-ayağına niyə dolaşırsız...
– bir dəfə bir dostumdan soruşdular ki,
qismət nədir?
stolun üstündə xurma vardı.
atdı ağzına, yedi və dedi ki, gördün, qismət bax budur...
yəni qarşına çıxan imkandan istifadə elə,
yoxsa həyatda daim uduzarsan.
Arxasınca boş konserv bankaları bağlanmış maşın. Sən keçmişindən uzaqlaşdıqca, sürəti artırdıqca metal qutuların səsi daha bərk gəlir. Sanki barmağını silkələyib insana: “Məndən qaça bilməzsən” demək istəyir keçmiş.
– Kimin? – deyə ağır eşidən qulağını şəkləyib təkrarən soruşardı. – Qızı oldu? Hə, gözün aydın, dünya, qəhbəvin biri də artdı.
. Yalnız qadın bir əliylə dovğa bulayıb, o biri əliylə tozu silə, bir gözüylə uşaqlara göz-qulaq ola, digəriylə serialı izləyə, ayağıyla döşəməni silə və bu zaman telefonun dəstəyini çiyniylə saxlayıb bu sözləri deyə bilər: “Yox, ay qız, iş-gücüm yoxdur, sözünü de...”
lqar Cahangir:
“Aktyor dostum deyir ki, Qarabağı Polad Bülbüloğlu qaytaracaq. Hər dəfə Qarabağa gedəndə özüylə bir ovuc torpaq gətirir...”
“Yatmış gözəlləri”. Qarsiya Markesin “Hüznlü fahişələrim” romanı Kavabatadan oğurlanıb – “Yatmış gözəllər”i oxuduqca buna əyani şahid oluram.
bir dəfə bir dostumdan soruşdular ki,
qismət nədir?
stolun üstündə xurma vardı.
atdı ağzına, yedi və dedi ki, gördün, qismət bax budur...
yəni qarşına çıxan imkandan istifadə elə,
yoxsa həyatda daim uduzarsan.
– dünya şeytanın cənnətidi.
Şairlər eşqi onunçün düşünüb-tapıblar ki, bütün bu sövdələşmə iyrənc görünməsin.