Yəqin ki, Tanrı gülləkeçirməz bir pencəkdə şəhərdə gəzişəcəkdi
Siz bizi sadizmlə və əminliklə agah etmisiniz ki, qorxmalı olduğumuz düşmənlər bunlardır: ərəblər, talibanlar, çeçenlər, bığlı-saqqallı terroristlər. Bunlar hamısı sizin düşüncənizlə qorxunc adamlardır. Ancaq düşünün, birdən sizin qara siyahınızda olmayan bir insan, normal biri, sizin qorxmalı olduğunuz bir düşmənə çevrilsə necə
Yəqin ki, Tanrı gülləkeçirməz bir pencəkdə şəhərdə gəzişəcəkdi – Alisa düşündü. Daha sonra öz-özünə bunları götür-qoy etdi: “Əgər bu soyuqda sağ qalmağı bacarsam, gedib vağzalda yataram, əgər bir az daha yeriməyə taqətim çatsa. Gic-gic cəsarətdən, bir az daha dözməkdən və ləyaqətdən dəm vurmayın. Mənim yalnız 47 kiloqram çəkim və bir metr altmış iki santimetr boyum var. Bu, dünya böhranına, ölülərin qışqırıqlarına, yalançı rok konsertinə, bu şaxtalı havaya və aclığa, məni yeməyə hazır olan morjlara və “xeyirxah” narkotik satıcılarına qarşı necə mübarizə apara bilərəm?!…”