Şəriət, mərhəmətin nə olduğunu bilməyən bir ədalətdi
Çökməyə meyilli olan hər şey sonunda çökəcəkdi!
Eşqin, alimliyin və quşların vətəni olmaz.
«Tanrı darda olanı həmişə qoruyar, ola bilər ki, ona nicatı gec verər. Amma insan təslim olmamalıdır, həyatına sahib durmalı və mübarizə aparmalıdır».
Dənizin o biri tərəfində boz-mavi dalğalı, getdikcə sönükləşən göy üzünə baxdı. Hardasa qumrular oxuyurdu, bir-birini damdakı yuvalarına çağırırdı. Sənin evin hardadır, Hürrəm? Hələ də Nastasyasan, yoxsa Hürrəm? Qumruları dinləməlisən, yoxsa ürəyini? Eşqin, alimliyin və quşların vətəni olmaz. Hüznlə, xoşbəxtliklə, sevinclə və coşquyla hər yerə gedə bilərlər.
Cahana qorxu salmağın da bir sonu vardı, yəqin.
İnsanın qəlbi təmiz olmalıdı. Qəlbində zəhər saxlayanlar dünyada olmasa belə, axirətdə hesab verəcək
Dövlət üçün qızıl toplamaq əvəzinə müdriklik topla. Çünki ən böyük sərvət odur…
– Yaxşı kitab həqiqi bir dostdur. Bezdiyin vaxt kənara qoya bilərsən. Qadın kimi kin bəsləməz. İnandığın vaxt da bir qadının etdiyi kimi səni aldatmaz, demişdi.
Bir insan alçaq olacaq, sonra da kiçik dəri parçasını kəsdirəcək və Allahın seçilmiş insanı olacaq!