Eyni şəkildə minlərlə qadın edam edildi, aralarından bakirə olanlara edamdan əvvəl təcavüz olundu, çünki dini mətnlər bakirələrin həqiqətən cənnətə gedəcəyini yazır. (Əlavə: Şahlıq rejimi dövründə İrandakı vəziyyət).
“Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?”
“Bir buğda dənəsini sürütləyən qarışqanı belə, incitmə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidi”.
III. Ailə sahəsində görülənlər
A) Ailəni mühafizə qanunu qadınların kişilərlə eyni əsaslarda və eyni şərtlərdə boşanma tələb eləmək hüququnu tanıdı; bu qanun uşaqların taleyi və aliment məsələlərindəki qərarları ailə ixtisas məhkəmələrinə tapşırdı; ata vəfat elədiyi zaman ananı qanuni olaraq, varis kimi qəbul elədi; çoxarvadlılığı məhdudlaşdırıb, birinci arvadın uşaq doğmadığı və ya ağır xəstə olduğu vaxt, ancaq onun icazəsiylə kişinin ikinci arvad ala biləcəyini qanunla təsbit elədi. Tam bərabərlik olmasa da, həmin qanun bu gün hələ digər müsəlman ölkələrindəki qanunlardan mütərəqqidi.
V) Qanunla ərin icazəsi olarsa, hamiləliyin sona çatdırılmasına icazə verildi. Ərdə olmayan qadınlar da hamiləliklərinin səkkizinci həftəsindən əvvəl bunu tələb eləyə bilərdilər.
Bəzi axşamlar Nilə və uzaqlarda görünən ehramlara baxırdım və düşüncələrə dalırdım: “Hökmdarlar, valilər, generallar burda olanda, bu küçəni, bu gözəl işığı, bu çayı gördülər, yaşadılar: ölməmişdən qabaq xəyanəti də gördülər. İndi burda olmaq növbəsi bizimdi, biz də vaxtımız çatanda, yox olub gedəcəyik, amma Nil hələ min illərlə axmaqda davam eləyəcək”
Polis həbslərdə çox vaxt həddini aşırdı. İnkişaf eləməkdə olan əksər ölkələrdə vəziyyət belədi, hamı əlindəki gücü istismar eləməyə çalışır.
Ərim uşaqlığında İranın xarici qüvvələrin iqtisadi və siyasi təzyiqi altında qaldığının şahidi olmuşdu. Bu qüvvələrin başında ölkəmizdə istədiyi kimi at oynadıb, neftimizi istismar eləyən İngiltərə gəlirdi.
Xalqın sakitləşməsinin lazım gəldiyini, ruhani sinfinin yavaş-yavaş islahatlara alışacağını, indilik Xomeyninin sadəcə olaraq, sürgünə göndərilməsinin kifayət eləyəcəyini söyləyirdi. Şah razı oldu. “Xatirələr”ində: “Xomeyni məhkum edilmək bir tərəfə, mühakimə belə edilmədi. Ondan yalnız ölkəni atəşə verən bəlağətini gedib başqa yerdə göstərməsi tələb olundu”, – deyə yazıb.
Rzanın doğulması bizi bir-birimizə bağladı. Bu uşaq nə böyük xoşbəxtliyiydi! Qızım olsaydı da, eyni sevinc dolu göz yaşlarını tökəcəkdim, amma oğlumuz ərimin xoşbəxtliyinə ayrı bir könül rahatlığı da əlavə eləmişdi. Aramızdakı sevgi də yeni ahəng qazanmışdı, narahat intizar sona çatmışdı, gələcəyə daha inamla baxa bilərdik.
“Ərə gedəcəksən?”
“Hə!”.
“Çox gözəl xəbərdi bu! Kiminlə? Onu tanıyırammı? Di, tez ol, adını de!”.
“Söyləməyəcəyəm, deyirəm, Gələrsən, öyrənərsən. Danışa- danışa beş dəqiqəni də itirdin”.
“Gözləməyə səbrim yoxdu...” - deyib bütün qohumlarımın adlarını saymağa başladı.
“Rzadımı? Rzayla evlənəcəyindən mərc gəlirəm”.
“Dəlisən sən, Rza mənim qardaşım kimidi”.
“Kamrandımı?”.
“Ağlına gələnə bir bax!”
“Pərvizdimi? Yoxsa Yəhyadımı?”
“Xeyr, nə Pərvizdi, nə Yəhyadı”.
Axırda özü bildiyi bütün adları sadalayandan sonra ürəkdən gələn qəhqəhəylə gülə-gülə:
“Onda Şahdan başqa heç kəs qalmır”, – dedi.
“Hə, odu!”
Telefonun dəstəyi əlindən düşmüş, elə bil, uzun müddət dili tutulmuşdu