Bu kitab ənənəvi baxışların bir çoxunu yenidən tənqidi-realist metodla şərh edən düşüncəyə və düşünməyə çağırışdır. Dinləyən, qulaq asan, eşidən, duyan hər bir azərbaycanlı üçün razılaşmasa da, burada anlayacağı, üzərində düşünəcəyi xeyli məqamlar var. Yaşadığımız dünyada bu düşüncə dəyişikliyinə sağlam yanaşmayan bir cəmiyyətin qaranlıq dünyaya doğru geriləməsi qaçılmazdır. Türkmənçaydan geriyə və Türkmənçaydan irəliyə yalnız iki seçənəyi olan cəmiyyətin mühakimə tərzinin yanlışlığı və doğruluğu burada qarşı-qarşıya qoyulur. Seçim sizindir. Bizim seçdiyimiz isə bu mətndir.