İllər tezmi keçir? Hə, – kim ki, qocalıb, onun üçün tez keçir
O, təzədən dəyişilmiş, tədricən öz əslzadəlik ədalarından əl çəkərək yenidən ciddi və qayğıkeş arvad və ev sahibəsi olmuşdu. Sən demə, kişi yumruğu möcüzələr yaratmağa qadirmiş!
Yaxşılıq çox vaxt izsiz ötüşür, yamanlığın isə həmişə aqibəti var
Ancaq bundan şikayətlənməyə dəyməzdi. Çünki bu eybəcər dodaqlar olmasaydı, yəqin ki, o heç vaxt bura gəlməzdi
papağını yanakı qoyub başını qaşıdı, görkəmindən cəsarət və ədəbsizlik yağır, ispanlara oxşayırdı
Hər halda öküzdür, nəhəng və qorxunc, yeriyəndə sağrıları titrəyirdi. Ayaqları qısa olduğundan qaçanda kolluqları sinəsiylə qırıb tökürdü, əməlli başlı paravozdu
İsaak qoca və gücsüz deyildi, onunçün də illər ona çox uzun görünürdü
Ulduzlu səma, meşədəki xışıltı, tənhalıq, qalın qar, yerdəki və göydəki sirli qüvvələr onda gündə bir neçə kərə dərin və ilahi duyğular oyandırırdı
Bahar – bəli, onun şuxluğu və dəliliyi, fərəhi və sevinci ayrı aləmdir, amma payız! Payız ancaq zülmət qorxusu doğurur, insanı ibadətə sövq edir.
Ah, İsaak özünə görə böyük idi, İsrail kimi, cəzalandırılmış və aldadılmış, amma hələ də inanan.