Öz rəngi olmayan, su duruluğundakı həmin daş-qaş, sən demə, qədim Grek aləminin Qaf dağından, dağın gizli mağaralarından çıxarılıb. Çıxaranlar əbədiyyətə qədər əriməyəcək buzu yaratdıqlarına inanıblar, bu daşın adını öz dillərində “buz” demək olan “xrustalos” qoyublar, büllurları da daima bu adla çağırıblar.
hekayətlərdə oxuduğun o eşqə düşmək...
Bunu gözləmirdim. Bax, bunu gözləmirdim.
Bu eşqə düşməyi gözləmirdim
GÜL İREPOĞLU
CARİYƏ
Cinlərə inanmıram, xəyallara, bəzən nağıllara inanıram...
Sevimli dostum Səlim İləriyə...
“Bu eşqə düşməyi gözləmirdim”
Səninlə bir axşamdan səhərə qədər yaşadıqlarımız bəlkə də bir ömürdə yaşana biləcəklərdən daha bol idi. Bəli, “bol” ən münasib sözdür, “zəngindir” deməksə bəs eləməz, çünki bu söz başqa çox tərəfə də çəkə bilər. “Bolluq” demək daha düzgündür.