. İki ruh belə bir münaqişənin içində ilişib qalanda bütün dünya çirklənir
Yeri gəlmişkən, italyan dilində azarkeş sözünün qarşılığı “tifoso” adlanır. “Tifus” sözündən yaranıb. Mənası “hərarəti yüksək olan şəxs” deməkdir.
O, güclü idi, – deyir. – Və mən onun kölgəsində sevgidən öldüm
anasını həyata bağlayan balaca qızlar böyüyüb güclü qadınlara çevrilirlər
Səmimi, mənəvi tədqiqat ciddi metodiki intizamın və səyin nəticəsidir.
Qarşı tərəfə dəlicə bağlanmaq bütün çılğın sevgi hekayələrinin ortaq taleyidir.
Hərdən qəlbimiz də qırılmalıdır. Bu, yaxşı əlamətdir. Ən azından nəyəsə cəhd etdiyimizi sübut edir”
Tənhalıqdan yaranan şəfa və sülh axtarışında olan birinin dərmanı yeni bir dərd deyil...
ANTEVASİN. Mənası belədir: “Sərhəddə yaşayan şəxs”. Qədim zamanlarda bu söz elə hərfi mənada işlənirdi. Dünyəvi həyatın mərkəzindəki səs-küyü tərk edib ilahi ustadlarının yaşadığı yerlərdə məskunlaşmaq üçün meşə qırağına gedən insanlara deyilirdi. Antevasin artıq kəndlilərdən biri və ya ənənəvi həyat tərzi keçirən ev sahibi deyildi. Amma hələ ki, üstünlük həddinə də çatmamışdı. İnsan ayağı dəyməyən meşələrdə yaşayan tam müdrikliyə çatmış şəxslərdən deyildi. Antevasin ikisinin arasında bir yerdə yaşayırdı. Sərhəddə idi. İki dünyanın da gözü qabağında yaşayaraq, naməlum olana baxırdı. O, elm adamı idi.
Nə etməyə və ya nə olmağa ehtiyacın olduğuna qərar verirsən və sonra şərait özünü nə qədər az tanıdığını sübut edir.