Şərab və musiqi: qadın və kişinin yerinə yetirməli olduğu ritual.
İş gününün xeyli hissəsini yeni dərslərə həsr etsə də, 101 kursunun dərsliyinin müqəddiməsi ona mənasız görünür: “İnsanlar dili fikir, duyğu və niyyətlərini bir-birinə çatdıra bilmək üçün yaradıblar”. Devidin heç kimlə bölüşməyib özünə saxladığı şəxsi qənaəti isə budur: nitq, əslində, nəğmələrdən yaranıb. Nəğmələr isə, hədsiz dərəcədə geniş və boş insan ruhunu səslərlə doldurmaq ehtiyacından yaranıb.
Məncə, iti hansısa hərəkətinə görə, məsələn, ayaqqabını gəmirdiyinə görə cəzalandırmaq olar. Bu cəza itə də ədalətli görünər. Amma cinsi instinkt başqa şeydir. Heç bir heyvan instinktlərinə görə cəzalandırılmağı ədalətli saymaz.