Qanuninin taxta çıxdığı illərdə isə İstanbul camesi, karvansarası, hamamı, mədrəsəsi, böyük sarayı, övliya türbələri və çeşmələriylə bütöv bir türk şəhəriydi.
Yalnız bizə məxsus olan bu mənzərə indi düha ilə tamamlanmalı, bu baş verənlər güclü partlayış səviyyəsinə çatdırılmalı idi.
Elə Sinan da bu vəzifəni yerinə yetirir.
Keçmiş daim mövcuddur. Özümüz kimi yaşamaq üçün onunla hər an hesablaşmağa və dil tapmağa məcburuq.
Keçmiş ustalarımızın əsl uğuru təbiətlə bu işbirliyini təmin etmələrindədir. Çox az memarlıqda daş texnikası rolunu, formalar sabit xüsusiyyətlərini İstanbul cameləri qədər unudur, çox az memarlıq özünü işıq oyunlarına İstanbul memarlığında olduğu qədər həzlə, onun tərəfindən hər an yenidən yaradılmaq üçün təslim edir.