Bununla bağlı tarixçi Qibbon maraqlı nəticəyə gəlir: “Çingiz xanla mister Lokkun dini qanunları arasında çox oxşarlıq var.” İnancından asılı olmayaraq, istər müsəlman, xristian, istərsə də bütpərəstlərdən fərqli olaraq, monqollar dinə ehkam kimi baxmırlar. Avropaya hərbi yürüşlər zamanı onlar istila etdikləri xalqların dinlərini qəbul etməkdən də çəkinmirdilər. Çində buddizmi, İranda islamı, Rusiyada xristianlığı qəbul edirdilər. Lakin bütün bunlar şamanizmin bir çox detallarını saxlamaqda onlara mane olmurdu. Buna görə də islam dünyasının qüdrətli dövlətləri Teymuru həqiqi müsəlman saymırdılar.
Diri-diri torpağa basdırılanların, divara hördürülənlərin, döyüş meydanında ölənlərin, çarmıxa çəkilənlərin, atların quyruğuna bağlanılanların, parça-parça olunanların, kötük üstündə başları kəsilənlərin, dar ağacından asılanların naləsini, fəryadını eşitsəydi, yəqin ki, imperatorun yumşaq xasiyyətli olması barədə özgə fikirdə olardıq.
(Teymur vəfat etdikdə onu müəllimi imam Səid Barakın ayaqları altında dəfn etdilər.