Bununla bağlı tarixçi Qibbon maraqlı nəticəyə gəlir: “Çingiz xanla mister Lokkun dini qanunları arasında çox oxşarlıq var.” İnancından asılı olmayaraq, istər müsəlman, xristian, istərsə də bütpərəstlərdən fərqli olaraq, monqollar dinə ehkam kimi baxmırlar. Avropaya hərbi yürüşlər zamanı onlar istila etdikləri xalqların dinlərini qəbul etməkdən də çəkinmirdilər. Çində buddizmi, İranda islamı, Rusiyada xristianlığı qəbul edirdilər. Lakin bütün bunlar şamanizmin bir çox detallarını saxlamaqda onlara mane olmurdu. Buna görə də islam dünyasının qüdrətli dövlətləri Teymuru həqiqi müsəlman saymırdılar.
(Teymur vəfat etdikdə onu müəllimi imam Səid Barakın ayaqları altında dəfn etdilər.
Diri-diri torpağa basdırılanların, divara hördürülənlərin, döyüş meydanında ölənlərin, çarmıxa çəkilənlərin, atların quyruğuna bağlanılanların, parça-parça olunanların, kötük üstündə başları kəsilənlərin, dar ağacından asılanların naləsini, fəryadını eşitsəydi, yəqin ki, imperatorun yumşaq xasiyyətli olması barədə özgə fikirdə olardıq.
“Sultan yer üzündə Allahın kölgəsidir”.
Sultan düşmənləri öz xeyirxah işlərilə məğlub edir.
“Yalnız qılınc tutmağı bacaran əl səltənət qura bilər”.
Döyüşçülər heç bir məvacib almırdılar, onlar məğlub etdikləri düşmənin əşyalarını ələ keçirməklə və şəhərləri, evləri qarət etməklə kifayətlənməliydilər.
Bir əfsanədə deyilir ki, qadın həyatını xilas etmək üçün mirvari udduğunu söyləyir. Bunu eşidən əsgərlər mirvarini əldə etmək üçün qadının qarnını cırır, bağırsaqlarını doğrayırlar.
Çingiz xanın oğlanları Ugedey və Cığatay şəhər hakimini tutub boğazına əridilmiş qızıl tökərək cəzalandırdılar.
Teymur döyüş hiylələrinin əsl ustasıydı. Hələ bir neçə ay əvvəl o, tayfa hissələrindən istifadə edərək osmanlı qoşunundakı tatarlarla danışıqlar aparmış, onlara çoxlu qənimət vəd edərək öz tərəfinə çəkməyə çalışmışdı.