Təəssüf ki, Allah, Yahova, Yaradan – ona nə ad vermənizdən asılı olmayaraq – bu gün dünyada mövcud deyildi. Çünki əgər olsaydı, onda o, şikayətlər, xahişlər, yalvarışlar, məhkəmə qərarları, ilkin istintaqlar içində batıb qalar və qanunda heç bir əsası olmayan təsadüfi bir qaydanı – yaxşılıq və pislik bilgisi olan ağacın meyvəsindən yeməmək qaydasını – pozduğuna görə Adəm və Həvvanın cənnətdən qovulması qərarını verdiyi üçün saysız-hesabsız məhkəmələrdə özünə haqq qazandırmalı olardı
Ölüm şirin idi; o şərab dadı verir və onun saçlarını sığallayırdı.
hər şeydən yorulmuşam, amma həm də hər şeyə öyrəşmişəm.
Heç kəsin başqalarını mühakimə etməyə haqqı yoxdur. Hər bir insan öz çəkdiyi əzabların dərəcəsini və ya həyatındakı mənasızlığı özü yaxşı bilir
Orqanizmdə serotonin çatışmazlığı insanın işdə diqqətini cəmləmək, yatmaq, yemək və həyatdan zövq ala bilmək bacarıqlarını zəiflədir. Bu birləşmənin tamamilə yoxluğu insanda ümidsizlik, pessimizm, lazımsızlıq duyğusu, dəhşətli yorğunluq, nigaranlıq, qərar qəbul etməkdə çətinlik hissi keçirməyə səbəb olur və apatiya və ya intihara aparan uzunmüddətli qəmginliyə batmaqla nəticələnir.
Qulaqlarındakı səs getdickə daha çox kəskinləşirdi və dərmanları qəbul etdiyi andan bəri ilk dəfə idi ki, dəhşətli qorxu hissi keçirirdi: bu, qeyri-müəyyənliyin gətirdiyi qorxu hissi idi.
Hər bir insan öz çəkdiyi əzabların dərəcəsini və ya həyatındakı mənasızlığı özü yaxşı bilir.
Məndən əvvəl gələn həkimlərin çoxu oxşar mövzuda tədqiqat aparmışlar və belə bir nəticəyə gəlib çıxmışlar ki, normallıq ümumi razılaşmadan başqa bir şey deyildir; yəni ki, əksəriyyət nəyinsə düzgün olduğuna qərar verir və həmin şey normaya çevrilir.
əslində həqiqət bu idi ki, onlar digərlərinin acı çəkmələrindən zövq alırlar, çünki elə hesab edirlər ki, əzab çəkənlərə nisbətdə onlar xoşbəxtdirlər və həyat onlara qarşı daha mərhəmətli davranmışdır.
həyatı xəyal etdiyim kimi yox, olduğu kimi qəbul etmək daha yaxşıdır.