"İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan: "Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" "Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...
“Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?”
, biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir...