Deyilib ki, “öldürmək olmaz”, demək, birisi adam öldürdüyü üçün onu da öldürmək lazımdır?
Totski təmkinlə soruşdu:
– Axı məgər bu mümkün şeydirmi? Nastasiya Filippovna, siz bunu doğrudanmı ciddi hesab edirsiniz? Nastasiya Filippovna istehza ilə dedi:
– Canavardan qorxan meşəyə getməz!
Doğrudan da, məsəl üçün, bundan da acınacaqlı şey olmaz ki, adam varlı ola, tərbiyəli ailədən, ləyaqətli xarici görkəm sahibi, yaxşı təhsilli ola, sarsaq olmaya, hətta mehriban bir insan ola, eyni zamanda da heç bir istedadı olmaya, heç bir xüsusiyyəti, hətta heç bir qəribəliyi, özünün heç bir xüsusi ideyası olmaya, təpədən-dırnağa qədər “hamı kimi” ola.