Bu kitab müasir həyatda böyüyən nəslə, həm varlı, həm də kasıb uşaqlara yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Kitabdan çıxan nəticə budur ki, valideynlər övladlarının elmə yiyələnmələrini qiymətləndirir, onların müstəqil həyatda ilk maliyyə sıçrayışlarını alqışlayırlar. Onların bu istəklərinin həyata keçməsi naminə fəal mübarizə aparmalarını arzulayırlar.