Qarşına əngəl çıxacaqdır, tufan, duman, qar olacaqdır, bunlarsız ötüşmək mümkün deyil. Amma sən belə düşün: başqaları uçmuşlar, onlar bu həngamələrdən keçmişlər, deməli, mən də keçəcəyəm.
Sənin qayırıldığın palçıq qurumuş, daşa dönmüşdür, bəlkə də bir zaman səndə yaşamış olan, indi isə dərin yuxuya getmiş musiqiçini, şairi, yaxud astronomu artıq dünyada heç bir şey oyada bilməz.
Həqiqət üzdə olmur. Əgər portağal ağacı hər hansı bir başqa torpaqda deyil, bu torpaqda möhkəm kök atırsa və bol məhsul verirsə, deməli, portağal ağacı üçün bu torpaq həqiqət deməkdir. Əgər başqası deyil, məhz bu mədəniyyət, bu meyar, bu fəaliyyət forması adamda mənəvi dolğunluq, onun özünün də ağlına gətirmədiyi qüdrət hissi oyadırsa, deməli, məhz bu meyar, bu mədəniyyət, bu fəaliyyət forması insan həqiqəti deməkdir. Bəs sağlam düşüncə? Onun işi həyatı şərh etməkdir, qoy vəziyyətdən necə bacarır elə də çıxsın...