Oxuculara təqdim olunan bu kitabda M.Ə.Rəsulzadənin 1923— 1931-ci illərdə Türkiyədə nəşr edilmiş «Yeni Qafqasiya», «Azəri Türk», «Odlu Yurd» jurnallarındakı və «Bildiriş» qəzetindəki yazıları toplanılıb. Onun 1934-cü ildə İstanbulda nəşr edilmiş «Azərbaycan Yurd Bilgisi» jurnalındakı «Milli Azərbaycan hərəkatının xarakteri» məqaləsi də bu cildə daxil edilib. Kitabda Azərbaycanın tarixi, müstəqillik mübarizəsi, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məlumatlar vardır. Eyni zamanda, müəllif bu əsərlərində sovet rejiminin işğalçı mahiyyətini, xalqları əsarətdə saxlayan, onları azadlıqdan məhrum edən siyasətini kəskin tənqid edir. Kitabdan tədqiqatçılar, tarixçilər, siyasətçilər, diplomatlar, mətbuat təmsilçiləri ciddi faydalana bilərlər.