Nə qədər bilməyinizdən asılı olmayaraq, çox şeyi öyrənməyə ehtiyac var. Öyrənmək – hüdudsuz prosesdir. Lakin yaxşı xəbərlər də var: ən çətini – başlamaqdır.
Siz cəsarətə gələn andan həyat, həqiqətən, asan və sadə olacaqdır. Əsas sağlam məqsəddir.
Hər şey üzrə hətta əla mütəxəssis olmasanız belə, öyrənmək üçün vaxtınızı əsirgəməyin və sizin dünyanız çox tez dəyişəcəkdir. Heç vaxt vacib olanı öyrənməkdən qaçmayın. Qorxu və şübhələrinizin üzünə cəsarətlə baxın və qarşınızda yeni dünyalar açılacaqdır.
pis borc – o borcdur ki, siz onu özünüz, qanınız, canınız bahasına ödəyirsiniz.
yaxşı borc – o borcdur ki, onu sizin əvəzinizdən başqası ödəyir,
Varlı ata “yaxşı və pis borc” nisbəti ilə bağlı mənə tez-tez xəbərdarlıq edirdi. O, deyirdi: “Hər dəfə kimdənsə borc pul alanda, siz həmin pullara görə qulluqçuya çevrilirsiniz. Əgər 30 il müddətinə ssuda götürsəniz, deməli, 30 il ərzində onların qulluqçusuna çevriləcəksiniz və borc qurtaranda onlar sizi qızıl saatla mükafatlandırnayacaqlar”.
Hər dəfə kimsə nəyisə başqasından daha yaxşı edirsə, bəzi adamlar deyirlər ki, bu, ədalətsizlikdir. Elə həmin adamlar düşünürlər ki, varlılar da kasıblar kimi həyat yaşasaydılar, bu, daha ədalətli olardı. Və nə qədər daha çox ədalətdən yapışırıqsa, bir o qədər azad olmaq şansımız azalır.
keanda dalğalar külək və günəşin təsiri altında yaranırsa, bazarlardakı dalğalar, insana məxsus iki emosiya tərəfindən idarə olunur: tamahkarlıq və qorxu.
İqtisadiyyatın hər “yüksək” dövrünün öz qəhrəmanları və hər “eniş” dövrünün də öz yaramazları olur.
Şəxsiyyətlər dəyişir, lakin tarix təkrarlanır.