o, Stratmora bir neçə söz deməyə macal tapdı, özü də bunu buz sakitliyi ilə tələffüz etdi:
– Bizim hamımızın öz sirrinin olması hüququ var. Və mən çalışacağam ki, bu hüququ təmin edim
Güc tətbiq etməklə, deyirdi həmin səs, sən müqavimətlə üzləşəcəksən. Lakin rəqibləri elə fikirləşməyə məcbur elə ki, sənə xeyirli olsun və onda düşmən yerinə müttəfiqin meydana çıxacaq.
Berqofski prinsipi haqda Syuzan öz karyerasının hələ lap başlanğıcında öyrənmişdi. Bu, “kobud güc” metodunun təməl daşı idi. Stratmor “TRANSTEKST”in yaradılmasına girişərkən məhz bu prinsiplə ilhamlanırdı. Prinsip birmənalı şəkildə deyir ki, əgər kompyuter kifayət edəcək sayda açarı götür-qoy edərsə, onda riyazi zəmanət vardır ki, o, düzgün olanı tapacaq. Şifrənin təhlükəsizliyi açarın tapılmasının qeyri-mümkün olmasında deyil, insanların əksəriyyətində nə vaxtın, nə də zəruri avadanlığın olmamasındadır.