Yaxşı nədir? – İnsanda hakimiyyət hissini, hakimiyyətə çatmaq iradəsini, hakimiyyətin özünü artıran bütün hər şey.
Pis nədir? – Zəiflikdən baş verən bütün hər şey.
Xoşbəxtlik nə deməkdir? – Artan hakimiyyət hissi, əks fəaliyyətin adlanıb keçilməsi hissi.
İntellektual cəhətdən ən qiymətli olan hər şeydən gec axtarılıb tapılır
Mən özümə yer tapa bilmirəm; özünə yer tapa bilməyən bütün hər şeyəm mən”,
Xeyirxahlıq bizim öz ixtiramız, özümüzün dərin şəxsi müdafiəmiz və tələbatımız olmalıdır: istənilən başqa mənada o yalnız təhlükəlidir.
din – zəif insanın şəxsi fantaziya və yanlışlıqlar dünyasına sığınıb gizlənmək cəhdidir
Zəiflər və uğursuzlar məhv olmalıdır: bu, insana münasibətdə bizim sevgimizin birinci müddəasıdır.
həyata ən çox nə ziyan vurursa, onu burada “həqiqi” adlandırırlar; həyatı yüksəldən, qaldıran, təsbit edən və onun zəfərinə gətirən nə varsa, “yalançı” adlandırılır.
Madam ki həyatın inkaredicisi “həqiqətə” havadarlıq edir, bununla da həqiqət baş-ayaq qoyulur...
zəkasının məhv olmasının səbəbinin ilkin mənşəli günah olduğuna inanan Paskalın8 ölümü, halbuki səbəb yalnız xristianlıq idi.
Tərəqqi” vur-tut çağdaş ideya, başqa sözlə deyilsə, saxta ideyadır.