Artıq baş vermiş hadisələr haqqında tarix kitablarından da oxumaq olar, həmin hadisələrin müasirlərinin xatirələrindən də. Odur ki, bunlar heç də həmişə üst-üstə düşmür. Böyük Fransa inqilabı və ondan sonra təkcə Fransa krallığını deyil, bütün dünyanı (o vaxt «dünya» — Avropa sayılırdı, Amerikaya isə «Yeni Dünya» deyirdilər) alt-üst edən hadisələr haqqında Taleyranın «Memuarlar»ı təkcə hadisələrin canlı şahidinin deyil, daha çox, hadisələri planlaşdıran və ən fəal şəkildə istiqamətləndirən şəxsin hekayətidir. Bu nöqteyi-nəzərdən kitab ikiqat əhəmiyyətlidir: oxucu həm hadisələrin səbəb-nəticə zəncirini izləyə, həm də bundan da vacib, hadisələrin hərəkətverici yayını, tarix kitablarında haqqında heç nə danışılmayan — hadisələrin kənar nəzərlərdən adətən gizli qalan daxili məntiqini anlaya bilər. Bəşəriyyətin tarixi inkişafına güclü təsir göstərmiş şəxsiyyətlər arasında ən görkəmlilərdən biri olan Taleyranın məntiqi isə — çox güclüdür və bizə yalnız, iki yüz ildən sonra olsa da, bunu düzgün başa düşmək qalır.