Səlma ananın oğlu Qanpolad İsmət adlı çərkəz qızı ilə nişanlıdır. Qıza Orxan adlı varlı bir gənc də vurulur. Qanpoladla Orxan arasında mübarizə başlayır. İsmət Orxanın cah-calalını rədd edərək öz sevdiyinə sadiq qalır. Orxan dostu Muradın əli ilə Qanpoladı öldürür. Qatil təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma ananın evinə sığınır. Ana oğlunun qatilini tanıyır, dərin daxili sarsıntılar və mənəvi iztirablar keçirir. Lakin o öz qəzəbinə qalib gəlməyi bacarır. Baş verən qanlı hadisəni isə Allahın qisməti ilə əlaqələndirir. Övlad qatilini bağışlayan Ana təkcə Azərbaycan yox, bütün dünya ədəbiyyatı üçün bənzərsiz obrazdır.