Zülmü gözləmək zülm edilməkdən daha dəhşətlidir.
Nə adıma görə yolumu, nə də yoluma görə adımı dəyişdirərəm.
“Bir işdə uğur qazanmaq istəyirsənsə, qadınların dediyinin əksini edin”.
Bir şəhərdən geriyə yalnız sərxoş bir şairin üzərində gəzdirdiyi baxışlardan başqa heç nə qalmayacaq.
Məni elm aləminə çəkən nədir, bilirsən? Mən onda şeirin aliliyini hiss edirəm, riyaziyyatda rəqəmlərin baş döndərən sərxoşluğunu, astronomiyada Yerin sirli pıçıltısını! Ancaq xahiş edirəm, mənə həqiqətdən söz açmayın
Əbu Tahir nəfəsini dərmək və sözlərinin etdiyi təsiri anlamaq, qorxunun ürəklərdə yaxşıca yer ala bilməsi üçün bir anlıq susdu.
Bütün düşündüklərini söyləyə biləcəyin gün yəqin ki, ancaq nəvələrinin nəvələri yaşlandığı vaxt ola bilər. Biz sirr və qorxu çağında yaşayırıq. Gərək iki üzün olsun: birini xalqa, digərini də Tanrıya göstərəsən. Gözlərinə, qulaqlarına və dilinə sahib olmaq istəyirsənsə, gözlərinin, qulaqlarının və dilinin varlığını unutmalısan.
Məni etdirməkçün zövqümdən ikrah,
Gah kuzəmi qırdın, yolum kəsdin gah.
Al rəngli badəmi yerlərə çırpdın,
Min tövbə, səndəmi sərxoşsan, Allah?
Səbirli olmalı idik, gözləməli idik, bir az hiyləgər olmalıydıq. Hıqqıldaya-hıqqıldaya, qarşılarında ikiqat əyilərək yalan danışmalı, vədlər verməliydik. Şərq müdrikliyi də elə bu demək deyilmi?
Haqlı olmaq zəiflərin ən böyük günahıdır.