Musiqi onu bu qədər təsirləndirdiyi halda, yəni o, doğrudanmı, heyvan idi?
hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmarayaq, Qreqor istənilən halda, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz; ən azı, ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.
Qreqor bacısıyla danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə bilsəydi, qızın əziyyətini qəbul etmək də asanlaşardı, amma bunu edə bilmədiyinə görə əzab çəkirdi.
Adam hərdən işlək vəziyyətdə olmur, onda keçmiş uğurlar barədə xəyallara dalmağın əsl məqamı yetişir, xatırlaya-xatırlaya ümid edir ki, gələcəkdə daha səylə işləyəcək, bütün qüsurları aradan qaldıracaq.
yersiz haray-həşirdənsə soyuq başla düşünmək daha çox fayda verə bilər.