mən taleyin bütün bu mənasız təkanlarından ucadayam…
Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü, ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz, labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi mümkünsüz olan bir şey kimi qəbul eləyirsən!
Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində – 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.