Bu roman gerçəklər üzərində xəyallar qurularaq, ən çox da insanların insani cəhətləri üzərində dayanaraq yazılıb. Eyni zamanda «Lalə dövrü»nün hökmdarı Sultan Əhmədlə həmin dövrün ruhunun nəqqaşı Levninin tarixin gedişində üzə çıxan xarakterlərinin də təhlilidir. Romanın əsas qəhrəmanları və onların ölüm tarixləri gerçəkdir, amma hadisələrin bir-birilə əlaqəsi quramadır. Bunu gerçəkləri xəyallarla genişləndirən və zənginləşdirən canlandırma da adlandırmaq olar. Oxucunun beynində «doğrudanmı» sualı həmişə cavabsız qalacaq, xəyallar da daim davam eləyəcək.