axı bütün varlıqlardan ən günahsızı yuxudur, yuxusu olmayan insanın özü günahkardır.
sən mənimsən, hətta mən səni heç vaxt görməsəm də
Ya dünya çox kiçikdir, ya da biz elə böyükük ki, hər iki halda biz onu tamamilə doldururuq.
Amma mən Sizi çexcə oxumaq istərdim, axı bu Sizin dilinizdir, axı yalnız burada Milena bütövdür
Bəzən məndə elə təəssürat yaranır ki, bizim üzbəüz iki qapısı olan bir otağımız var, hər birimiz qapı dəstəyindən yapışmışıq, birimiz kirpiyimizi qırpan kimi, o birimiz qapı arxasında yox olur və birinci bircə söz deyən kimi, o biri növbəti saniyədə içəri girib qapını ardınca qapayır və gözdən itir. Əlbəttə, o, qapını yenidən açacaq, çünki bura onların otağıdır, buranı tərk etmək mümkün deyildir. Əgər birinci olan ikincidən fərqli olaraq sakitcə, o tərəfə boylanmadan, otağa girməyə tələsmədən, sanki o, başqalarından heç nə ilə fərqlənmirmiş kimi hərəkət eləsə (amma başqa vaxtlar o da öz qapısında özünü o birisi kimi aparırdı), onda bəzi hallarda onlar hər ikisi qapı arxasında qalarlar və bu gözəl otaq boş olar.
Əgər gecələr, ola bilsin ki, yuxu məndən qaçarsa da, artıq onun yolunu bilirəm və şikayət etmərəm. Şikayət etmək axmaqlıq olardı, axı bütün varlıqlardan ən günahsızı yuxudur, yuxusu olmayan insanın özü günahkardır.
“Necə də yaxşı insanlar vardır! Necə xeyirxah, necə nəcibdirlər! Mən isə nə qədər miskinəm! Əgər onlar qəlbimə boylana bilsəydilər. Amma mən onlara danışsam da, inanmayacaqlar”.
Ümumiyyətlə, bu halda – elə başqa hallarda da – o nəticəyə gəlmişəm ki, kişilər çox əzab çəkirlər, məsələyə ayrı cür baxsaq, az müqavimət göstərirlər, qadınlar isə həmişə günahsız olaraq əzab çəkirlər və bu ona görə deyil ki, bu işdə onlar “nə isə etməkdə gücsüzdürlər”, lap başlanğıcda, sözün müstəqim mənasında, kişilər “gücsüzdürlər”.
Siz ki hökm çıxarmalısınız, axı sonda məhz qadın hökm verir
Yazılaraq göndərilmiş öpüşlər ünvanına gedib çatmır – onları yolda ikən xəyalatlar elə yoldaca içirlər