sərvət ticarətsiz, elm mübahisəsiz, hakimiyyət siyasətsiz ola bilməz.
Pis adamla qonşu olub dostluq edən dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, qorxu çəkməkdən qurtara bilməz.
Alimlər deyiblər: “Lal olmaq – yalan danışmaqdan, pəltək olmaq – söyüş söyməkdən, yoxsulluğa dözmək – oğurluqla mal toplamaqdan yaxşıdır”.
insan zəhərli ağac əkdiyini yalnız o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
Çünki sərvət ticarətsiz, elm mübahisəsiz, hakimiyyət siyasətsiz ola bilməz.
Bir dəstə gül olmaq bacarmasaq da,
Yararıq oduntək yanaq ocaqda.
Onlar şahın əmrini yerinə yetirdilər.
Ən düzü budur ki, gücsüz güclüdən, zəif qüvvətlidən uzaq olsun.
İnsanların dost olmağa meyil göstərmələrinin səbəbi fayda götürmək, düşmənlərdən qaçmalarının səbəbi ziyan çəkməməkdir. Lakin ağıl sahibləri ağır vəziyyətə düşərsə və düşmənin köməyi olmadan bu vəziyyətdən qurtarmaq mümkün deyilsə, düşmənə yaxınlaşar, onun köməyindən istifadə edər. Eləcə də dostdan ziyan görsə, ondan qaçıb uzaqlaşar. Heyvanların balaları da öz analarının arxasınca süd əmmək üçün düşürlər. Süddən ayrılcaq heç bir şeydən çəkinmədən, heç bir şeydən qorxmadan qohumluq və dostluğu tərk edib analarından uzaqlaşarlar və heç bir ağıllı adam bunu düşmənçilik kimi qələmə verməz. Hikmət sahibləri həmişə öz işlərini zəmanənin təqazasına, həyatın tələbinə görə qurar. Şəraiti, zaman və məkanı nəzərə alıb tədbir görər, dost-aşna ilə, rəqib və düşmənlə necə rəftar etməyin, yavaş tərpənib tünd getməyin, mehribanlıq büruzə verib sərtlik göstərməyin yerini bilər və həmişə necə məsləhətdirsə, elə də dolanar.
Mən verdiyim sözün üstündə dururam, lakin öz canımı qorumağı ondan da üstün tuturam. Çünki sən mənim üçün indicə sənin köməyin nəticəsində hücumlarından xilas olduğum, elə yalnız onun xatirinə səninlə sülh bağlamağa məcbur olduğum düşmənlərimdən daha qorxulusan. Mənim səninlə sazişə gəlməyimin səbəbi təhlükəni aradan qaldırmaq, şəri dəf etmək üçün məkan və zamanın tələb etdiyi bir tədbir idi. Hər işin öz yeri, hər saatın öz hökmü vardır. Vaxtı keçirib, mövqeyi uduzub, fürsəti əldən verən adamı uzaqgörən adlandırmaq olarmı?! Mən sənin bütün bəndlərini kəsəcəyəm, lakin öz bildiyim kimi. Əvvəlcə hamısını kəsib ancaq birisini saxlayacağam ki, o mənim həyatım üçün bir rəhn olsun. Axırıncı bəndi o vaxt kəsəcəyəm ki, sənin mənə hücum etməkdən daha vacib bir işin olsun. Öz canının hayına qalasan və mənə ziyan yetirə bilməyəsən.