Antonio Tabukkinin «İzabel üçün. Mandala» romanı dünya şöhrətli italyan yazıçısının sonuncu əsəridir və ölümündən sonra çap olunub. Romanda İzabel adlı itmiş portuqaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır. Bu sirli səyahətdən bəhs edən metafizik roman marağınıza səbəb olacaq.
Bu balaca kitabçanın səhifələrində öz həyat idealını tapan gələcək yazıçı bütün elmi-bədii fəaliyyətini Portuqaliyaya, portuqal dilinə və ədəbiyyatına, Portuqaliya – İtaliya ədəbi əlaqələrinə həsr etməyi qərara alır.