Alışqanlığımsan, tənhalığımsan, dünənimdəki uşaqlığım, sabahımdakı qocalığımsan.
Dünya torpaqdan ibarətdir, bu gün üstündə yatırıq, sabah altında.
Mən səni çoxhərfli sevdim, bütün hərfləri sənə görə sevdim.
Və unutma ki, tor hər zaman dənizdən kiçikdir, mütləq qaçırtdığın balıqlar olacaq. Sən qaçan balığa görə üzülərkən balıq öz halına görə sevinəcək.
Ən gözəl yerlərdə, ən dürüst insanlarla yollarımızın kəsişməsi və hər zaman ən yaxşısının deyil, ən xeyirlisinin olması arzusuyla...
«Məni nə qədər sevirsən?» deyə soruşma
«Dünyalar qədər» desəm olmaz
Mən səni bir damla su qədər sevirəm
Möhtac olduğun zaman başa düşərsən
İki qatar bileti ilə qarşıma çıxmağını istərdim. «Haraya gedirik?» deyə səndən soruşmazdım və inan ki, fəsillərin də əhəmiyyəti olmazdı. Qış olsa, üşütməzdim, yayın istisindən şikayət etməzdim. Heç tanımadığımız bir stansiyada «qatardan düşək» desəydin, düşərdim. «Bu yolun sonu xoşbəxtlikdir, gəl qaçaq» desən, yorulsam da qaçardım, sənə «dincələk» deməzdim. Desən ki, başqa yerlərə gedək, başqa filmlərə baxaq, başqa dillər öyrənək, “xeyr” deməzdim. İndi düşündükcə görürəm ki, mən səni şərtsiz sevmişəm.
Bir evimiz olsun, heç kimin bilmədiyi, sadəcə ikimizin arasında sirr olan bir ev. Otaqların birində ancaq filmə baxarıq, sevdiyimiz bütün filmlər olsun. Evin tavanı şüşədən olsun, gecə yatarkən göy üzünə tamaşa edərik. Sanki sarılmasaq üşüyəcəkmişik kimi hiss edək həmişə. Səhərlər heç kimin olmadığı bir parkın içində ikimiz qoşa qaçaq. Sadəcə bir-birimizə gülək və itirmək qorxusunu içimizdən qovaq.
Eşq – bəzən içə bilmədiyimiz ikinci qazlı sudur.