Sənsiz qalan dünyam gor, əzabı gor,
Nələr çəkdiyimi çəkməyənə sor!
Ölüm gününəcən açılması zor –
Gizli sirr saxlaram, səndən yadigar.
Səni dəli kimi sevəcək gözəl,
Bəlkə doğulacaq başqa əsrdə...
Hər əsən küləyə can atan qadın,
Mən dəniz, sən isə qayıq deyilsən.
Böyük sevgilərə layiq olmadın,
Böyük nifrətə də layiq deyilsən…
Mənsiz nə axşamın, nə səhərin var.
Köksümün altında ürək deyilən
Bir qəbir saxlaram, səndən yadigar.
Ürəyim yaşayır səndən aralı,
Dünyanın ən ucqar guşəsi kimi.
Qonşu çəpərlərdə quşlar ötüşür,
Bu qəfil səslərdən ürəyin düşür,
Di yaxşı, az belə dilini sürü,
Solğun dodağında öpüş möhürü,
Ağzını bağlayan gizli imza var,
Mən heç, yalanına sən də inanma,
Mənə danırsansa, özünə danma,
Bizim aramızda kimsə, kimsə var...
Payız həsrət çəkər yaz yarpağına.
Axı, hər çiçəyin ömrü bir dərim,
Axı neynəyim ki, qəmdən pay olmaz,
Bölmək istəsəm də, bölə bilmərəm.