Faduniyaделится впечатлением7 лет назад
👍Советую
🔮Мудро
🎯Полезно
🐼Мило

Nə böyük kədərlə bitirdim kitabı... Hər kəsə tövsiyyə edirəm. Oxuduqdan sonra, bəlkə də , çox şey haqda bir daha düşünəcəksiniz...
Kitab elə yazılıb ki, oxucunun Çarlinin düşündükləri haqda düşünməməsi , onun hisslərini hiss etməməsi sadəcə mümkünsüzdür.

-Niyə hamı insana çevrilməyə başladığımı üzümə vurur ? Mən həmişə, cərrahın bıçağı altına düşməmişdən qabaq da insan idim... Mən insanam... Sevməliyəm.

-Əvvəl məndən axmaqlıq və səfehliyə görə zəhlələri gedirdi , indi isə ağıl və biliyə görə nifrət edirlər. Allahım, bunlar məndən nə istəyir ?

-Xatirələr fotolar olsaydı nə yaxşı olardı. Onları cıra bilərdim.

-İnsani hisslərdən mərhum çılpaq biliklər bir qara qəpiyə dəyməz.

-Çarli beynimin pərdəsini aralamğımı istəmir, onun arxasında nə gizləndiyini bilmək istəmir. Yəni , o,Tanrını görməkdən qorxur ? Yoxsa heç nə görməyəcəyindən qorxur ?

  • Войти или зарегистрироваться, чтобы комментировать