İzmalkov siqaretini odladı:
– Heç bilirsiz, bizim orduda bir əsgərin qiyməti neçəyədi?.. – Qəzəblə, qışqıra-qışqıra soruşdu.
Heç kəs cınqırını belə çıxartmadı.
– 72 qəpik!.. Bəli, bəli, 72 qəpik, – dedi.
Əlavə elədi:
– I… hıı… Bəs, bir patron? Görürsüz, hamınız qoyun kimi gözünüzü döyürsünüz… 2 manat 86 qəpik, demək olar ki, 3 manat…
Maraqlı kitabdır. Xüsusən də müharibə mövzusu ilə daha çox maraqlananlara tövsiyə edirəm.