Əsəri çox bəyəndim.Xüsusilə də son hissələrini.Yazıçı ifadə etmək istədiyi fikirləri-insanın acizliyi,iradəsi,müstəqil düşünmə tərzini,daxili müvazinətini obrazların fonunda əks elətdirir.Xüsusilə,cəmiyyətdə "sayılıb-seçilən" insanların sadəcə cəmiyyətdə nüfuz sahibi olmaq üçün çalışıb-vuruşduqlarını,əslində hər fürsətdə bir-birini ittiham edən,aşağı çəkən və sanballı,faydalı bir əsər ortaya qoya bilməyən "yazıçılar"-ın əsl mahiyyətləri dolğun təsvir edilir.Onların şəxsi fikirləri,mülahizələri yoxdur,digərlərinə yuxardan aşağı baxırlar,faydalı iş görən insanlara isə palçıq atmaqdan başqa heç nə bilmirlər. Bədrinin dilindən isə onlar "mən"-i olmayan insan kimi təsvir edilirlər.
Əsərin mərkəzində isə Ömər və Məcidə dayanır.Ömər iradəsi,qətiyyəti olmayan,öz hisslərinin və duyğularının əlində oyuncağa çevrilən birisidir.Hər dəfə Mədinəyə dəyişmək barəsində sözlər versədə bunu yerinə yetirəcək iradə və qətiyyəti yoxdur.Ömərin əksinə isə Mədinə sakit,öz duyğularını idarə edə bilən,həyatındakı çətinliklərini sakitliklə və mətanətlə qarşılayan birisidir.Mən onların arasındakı sevgi bağını tamailə fərqli görürəm.Mədinə hər gün Ömərə alışırdı,çünki Ömərin ona ehtiyac duyması ona xoş gəlirdi.Ömər isə Mədinə ilə həyatında yaşanacaqlara mənalı və yeni bir səhifə kimi baxırdı.Mədinənin onu dəyişdirəcəyinə inanırdı.
Sonda Ömərin yalnız qalması,dostlarının yanından ayrılması həyatın bəzi sərt həqiqətlərini onun üzünə çırpır və o dəyişmək qərarı alır.