Zaur M.цитирует7 лет назад
Azərbaycanlılar Şah dağın qarını hər barədə xeyirli sayırlar. Yayın istisi torpağın bağrını cadar-cadar edəndə, il həddindən artıq quraq keçəndə, torpaq bir damla yağış həsrətilə alışıb-yananda Azərbaycan igidlərinin ən şücaətlisi seçilir və mis bardaqlar qar gətirmək üçün Şah dağın zirvələrinə göndərilir. Bir yandan yolun çətinliyi, sıldırım qayalardan, uçurumlardan aşmaq, o biri yandan qaçaq-quldurla rastlaşmaq ehtimalı igidi qorxutmur, o camaatın xahişini yerə salmır. İgid dağdan qayıdıb Dərbəndə çatan kimi camaat məscidə yığışır, dua oxuyur, sonra qarı götürüb küçələrdən keçir və böyük dəstə ilə sahilə gəlib qarı Xəzər dənizinə tökürlər.
  • Войти или зарегистрироваться, чтобы комментировать