Lakin bu səadətin ömrü yalnız bir an oldu. Mən sonralar da ona heç nə demədim. Mən nankor deyiləm. Lap uşaqlıqdan həmişə qismətimə düşən kiçik bir səadət qığılcımı da məni fərəhləndirib, xoşbəxt etmişdir. Hətta, bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəktək parlayıb qeyb olan anlardan ibarətdir