“ÜST-ə görə hamiləliyin qarşısını almaq ən başlıca məsələlərdən biridir. Bu cinsi yolla yayılan QİÇS kimi xəstəliklərlə mübarizə aparmaqla yanaşı, artımın idarə olunmasına da yardım edir”.
“Vatikan isə başqa cür düşünür”.
“Tamamilə doğrudur. Onlar böyük qüvvə və pul sərf etməklə üçüncü dünya ölkələrində təlimlər aparır və insanları bunun şeytan əməli olduğuna inandırırlar.
“Hə, əlbəttə ki”, – Lenqdon gülümsədi. “Cinsi məsələləri bakir qalacağına and içmiş 80 yaşlı kişilərdən yaxşı kim izah edə bilər ki?”