Kamil Kamilliцитирует4 года назад
Oxucu! Mənim eşitdiyim melodiya oynaşan uşaqların səslərindən ibarət idi, təkcə onlardan və hava büllur kimi o dərəcədə saf idi ki, həm əzəmətli və miniatür, həm uzaq və bununla yanaşı sirli dərəcədə yaxın, həm səmimi və həm də olduqca müəmmalı səslərin qaynayaraq bir-birinə qarışmasında qulaq bəzən sanki qurtulan və demək olar, aydın başa düşülən parlaq gülüş partlayışını, yaxud lapta (iki dəstə ilə oynanılan top oyunu) danqıltısını və ya oyuncaq arabanın balaca gurultusunu eşidirdi, ancaq hər şey elə dərindəydi ki, göz mis rəngli incə küçələrdəki hər hansı hərəkəti seçmək qüdrətində deyildi. Mən yüksək dağ yamacında dayanıb bu musiqi titrəməsini, müntəzəm uğultu fonundakı ayrı-ayrı nidaların partlamasını doyunca dinləyə bilmədim və elə onda mənə aydın oldu ki, şiddətli-ümidsiz dəhşət Lolitanın yanımda olmaması deyil, onun səsinin bu xorda olmamasıdır.
  • Войти или зарегистрироваться, чтобы комментировать