b3439814626цитирует7 лет назад
Qurdlarım, igidlərim!... Bu gün sizə deyəcəklərimi heç deməmək istərdim, amma inciyəm, çox inciyəm, elə buna görə, hər nə ki, deyəcəyəm, diqqətlə dinləyin. Mən ki, Sultan Səliməm!... Və siz ki, Sultan Səlim əsgərlərinsiniz!... Əgər düşmənimiz Şah İsmayıl əsgərini belə bir yola salsa, onlar şahları üçün coşub-daşan selə, yanan oda heç etiraz eləmədən girərdilər. Şah: “Kəs!” – desə, uşaqlarını öz əlləri ilə kəsər, Şah öl desə, min dəfə dirilib yenidən ölərdilər. Siz isə qərar vermək haqqını əvvəlcədən mənə versəniz də indi məqsədimizə mane olur, otağıma ox atır, güllə sıxırsınız. Soruşuram sizdən, qulluq törəsi budurmu: igidlik adəti budurmu?!... Sultana bağlılıq iddiası yalnız sözdədirmi?!... Arvad-uşaq dərdi və narahatlığı ilə əli-qolu bağlı olanlar, evlərində rahat döşəklərini düşünənlər!... Bu da yol, geri getsinlər və döşəli otaqlarında rahatlansınlar. Biz bu qədər yolu məqsədimiz hasil olmadan qayıtmaq üçün gəlmədik. Biz hələ də nəzərdə tutduğumuz yerə girmədik, düşmənlə qarşılaşmadıq, qayıtmaq ehtimalımız yoxdur,
  • Войти или зарегистрироваться, чтобы комментировать