Ömrümdə belə nadinc görməmişəm!
O, taybatay açılı qapıya yanaşıb kandardan öz bostanına – alaq basmış pomidor ləklərinə göz gəzdirdi. Tom orada da görünmürdü. Onda Polli xala uzaqlarda eşidilsin deyə bacardıqca səsini qaldırdı:
– To-o-om, haradasan?
Arxada yüngül bir xışıltı eşidildi, qadın dönüb baxdı, qapıdan sivişib əkilmək istəyən uşağın aşırmasından lap vaxtında yapışdı