Elvin Ahmadovцитирует8 лет назад
“Ərə gedəcəksən?”
“Hə!”.
“Çox gözəl xəbərdi bu! Kiminlə? Onu tanıyırammı? Di, tez ol, adını de!”.
“Söyləməyəcəyəm, deyirəm, Gələrsən, öyrənərsən. Danışa- danışa beş dəqiqəni də itirdin”.
“Gözləməyə səbrim yoxdu...” - deyib bütün qohumla­rımın adlarını saymağa başladı.
“Rzadımı? Rzayla evlənəcəyindən mərc gəlirəm”.
“Dəlisən sən, Rza mənim qardaşım kimidi”.
“Kamrandımı?”.
“Ağlına gələnə bir bax!”
“Pərvizdimi? Yoxsa Yəhyadımı?”
“Xeyr, nə Pərvizdi, nə Yəhyadı”.
Axırda özü bildiyi bütün adları sadalayandan sonra ürəkdən gələn qəhqəhəylə gülə-gülə:
“Onda Şahdan başqa heç kəs qalmır”, – dedi.
“Hə, odu!”
Telefonun dəstəyi əlindən düşmüş, elə bil, uzun müd­dət dili tutulmuşdu
  • Войти или зарегистрироваться, чтобы комментировать