Bağırov şəhərə qayıdarkən maşının arxa oturacağında yuxuya getmişdi. Ailəsini çoxdan İngiltərəyə göndərmişdi və indi sevgilisinin yanında gecələyirdi. Onun axırıncı dəfə düşündüyü, hər yerdə peyda olan bu ələkeçməz keçəl haqda həyəcanlı fikirlər olmuşdu.
“Bakıda kimsə onun arxasında durur”, – o yuxuya getməzdən əvvəl düşündü.