— Bəs siz pulu necə almağı fikirləşirsiniz?
— Mən necə almağı fikirləşirəm? Pulu almaq və ya qopartmaq şəraitdən asılı olaraq müəyyənləşir. Şəxsən mənim pul almaq üçün dörd yüz nisbətən təmiz üsulum var. Amma məsələ üsullarda deyil. Məsələ burasındadır ki, indi varlı adam yoxdur. Və mənim vəziyyətimin də dəhşəti bundadır. Başqası, əlbəttə, hansısa köməksiz bir dövlət müəssisəsinin üstünə atılardı, amma mənim qaydalarımda belə şey yoxdur. Mənim Cinayət Məcəlləsinə olan hörmətimi bilirsiniz. Kollektivi soymaq niyyətim yoxdur. Mənə daha varlı individium verin. Amma o, yoxdur, o individium yoxdur