İnsana mif yaratmaq qabiliyyəti verilmişdir. Ona görə də adamlar cəmiyyətdə seçilən ayrı-ayrı şəxslər haqqında hərisliklə, qəribə və sirli əhvalatlar uydurmaqdan özünü saxlaya bilmir, fanatik bir inamla yaratdıqları əfsanənin bir parçasına çevrilirlər. Bu, həyatın adiliklərinə qarşı romantiklərin qiyamıdır.