– Məsələnin bu cür təhlili ilə razı deyiləm. Özün bilirsən ki, mən mənəvi həzlərin qızğın həvəskarıyam. Arzusunda olduğumuz cəmiyyət pisliklərdən xali olmayacaq. Çünki qüsuru olmayan, bizi mükəmməlliyə can atmağa sövq etməyən bir cəmiyyətdən xeyir gəlməz. Lakin arzusunda olduğumuz cəmiyyət hazırda taleyin zərbəsi kimi gördüyümüz pislikləri aradan qaldırır